Bu vebsayt 2040 Budaörs, Szabadság út 117- Hungary ünvanında qeydiyyatda olan bundan sonra “Chevrolet” adlanacaq Central and
Eastern Europe LLC tərəfindən idarə olunur.
Sizi maraqlandıran mövzuya birbaşa daxil olmaq üçün düymənin üzərinə vurun:
1. İntellektual mülkiyyət
Bu sayta daxil olan bütün materiallar “Chevrolet”-in intellektual mülkiyyətidir. Onlayn rejimdə gözdən keçirilməsi zəruri
olan hallar istisna olmaqla, bu materialların surətinin çıxarılmasına və ya reproduksiyasına icazə verilmir. Yuxarıda qeyd
olunanlara baxmayaraq, siz öz şəxsi istifadəniz üçün bu saytın bütün səhifələrini kağızda çap edə bilərsiniz. Biz bəzən sizə
həmin saytdan rəsmləri, ekran qoruyucularını və digər vasitələri yükləmək imkanı verə bilərik.
2. Sayta bağlanma
Əgər siz Sayta bağlanmaq istəyirsinizsə, bu, yalnız ana səhifə ilə bağlantı olmalıdır.
3. Saytdakı informasiyanın dəqiqliyi
Bu saytdakı informasiya “Chevrolet”-in Azərbaycandakı müştərilərinin istifadəsi üçün nəzərdə tutulur və digər ölkələrdə tətbiq
oluna bilməz. Bu saytdakı məlumatların dəqiqliyini və yenilənməsini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyik,
lakin biz həmin saytdakı məlumatlara etibarlılıqla əlaqədar meydana çıxan heç bir iddialara və ya ziyanlara görə heç bir cavabdehlik
daşımırıq. Biz istənilən vaxt məhsulun spesifikasiyasında dəyişiklik etmək hüququna malikik. Məhsul spesifikasiyalarına real
məlumat əldə etmək üçün “Chevrolet”-in diler agentliyi ilə məsləhətləşmənizi xahiş edirik.
4. Sizin təmin etdiyiniz informasiyadan necə istifadə edirik
“Chevrolet” sizin şəxsi məlumatlarınızın məxfiliyinin qorunması qayğısına qalır. “Chevrolet”, siz özünüz könüllü şəkildə təmin
etməyə razılıq verməyincə, sizin barənizdə hər hansı şəxsi informasiyanı (məsələn sizin adınız, ünvanınız, telefon nömrəniz
və ya elektron-poçt ünvanınız, “Şəxsi Məlumatlar”) toplamayacaq. Əgər siz Şəxsi Məlumatlarınızın toplanmasını istəmirsinizsə,
onları təqdim etməyə bilərsiniz.
“Chevrolet” sizin Şəxsi Məlumatlarınızı sizin əvvəlcədən razılığınız olmadan, müstəqil istifadə etmələri üçün üçüncü tərəflərlə
paylaşmayacaq. “Chevrolet” sizin informasiyadan sizə yeni məhsullardan, xidmətlərdən, xüsusi təkliflərdən xəbərdar etmək və
sizə göstərdiyimiz xidmət səviyyəsini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə istifadə etmək istərdi. Sizin Şəxsi Məlumatlarınız
yalnız bu məqsədlərlə “Chevrolet”-in törəmə şirkətlərinə, pərakəndə ticarət müəssisələrinə və “Chevrolet”-in Sizin Şəxsi Məlumatlarınızın
istifadə olunmasına, o cümlədən qorunub saxlanmasına cəlb olunmuş xidmət təminatçılarına açıqlana bilər. Əgər siz bunun baş
verməsini istəmirsinizsə, bizimlə aşağıda qeyd olunmuş vasitə ilə əlaqə saxlamanızı xahiş edirik. Onların bəzisi Azərbaycan
Respublikası xaricində yerləşə bilər, lakin onlar sizin Şəxsi Məlumatlarınızın məxfiliyinin qorunmasına dair müqavilə üzrə
öhdəlik daşıyacaqlar. Əgər siz hər hansı əlavə informasiyanı əldə etmək istəmirsinizsə, zəhmət olmasa, Şəxsi Məlumatlarınızı
təqdim etməzdən əvvəl, saytda verilmiş formaların alt hissəsindəki müvafiq xananı işarələyin.
5. Elektron əlaqə vasitələri
Sizin tələblərinizi və maraqlarınızı təmin edən informasiyanı sizə göndərə bilməyimiz üçün bizim elektron-poçt məlumatlarımıza
“click-through URL” əlavə edilir. Click-through URL bizə, siz sanki elektron poçt məlumatı açırmışsınız kimi və sizin üzərinə
vurub elektron-poçt məlumatındakı bağlantılardan istifadə edirmişsiniz kimi, informasiyanı izləmək və toplamaq imkanı verir.
Toplanmış məlumatdan sizin maraqlarınızı öyrənmək və müştərilərimizə zəruri olmayan mesajların göndərilməsinin qarşısını almaq
məqsədi ilə istifadə olunur.
Əgər siz hər hansı əlavə məlumat əldə etmək niyyətində deyilsinizsə və ya bizim poçt siyahımızdan çıxarılmanızı istəyirsinizsə,
zəhmət olmasa, bizim barəmizdə əldə edəcəyiniz hər elektron informasiya bülletenində təmin edilən abunənin ləğvi bağlantısından
istifadə edin.
Biz mövcud fayllarımızdan bu informasiyanı ləğv etmək üçün zəruri tədbirləri görəcəyik.
6. Məhsulun satışının stimullaşdırılması üzrə tədbirlər
Əgər siz hər hansı rəqabətə, lotereyaya və ya malların satışı ilə bağlı hər hansı başqa stimullaşdırılma tədbirinə qoşulursunuzsa,
bu halda biz həmin proqramların dəstəklənməsi məqsədi ilə təmin etdiyiniz Şəxsi Məlumatlardan istifadə edə bilərik.
7. Kənar saytlarla bağlantılar
Bizim saytımıza Chevrolet-in digər saytlarına və ya bizim dilerlərin, təmir üzrə səlahiyyətli mütəxəssislərimizin, digər törəmə
şirkətlərimizin saytlarına və ya kütləvi-informasiya vasitələrinin saytlarına bağlantılar da daxil ola bilər. Siz belə saytlardan
hər hansı birindəki bağlantının üzərinə vurduğunuz zaman, xahiş edirik, nəzərə alın ki, belə saytların məlumatların məxfiliyinin
qorunması üzrə öz siyasətləri vardır və biz bu saytlara görə heç bir cavabdehlik və ya öhdəlik daşıya bilmərik. Bu saytlara
hər hansı şəxsi məlumat təmin etməzdən öncə onların məxfiliyə dair siyasətlərini gözdən keçirmənizi xahiş edirik.
8. İnformasiyanın toplanması və istifadəsi
Sizin kompyuterinizdəki qeydiyyat fayllarında avtomatik şəkildə topladığımız və saxladığımız informasiyaya sizin İnternet
Protokolu (İP) ünvanınız, brauzer (baxış) növü və dillərin dəstəklənməsi vasitəsi, əməliyyat sistemi, internet xidməti təminatçısı
(İXT) və tarix/vaxt göstərilən qeyd daxildir.
Biz bu informasiyadan sizin saytları səmərəli şəkildə idarə etmək, saytlarımızdan istifadə edən ziyarətçilərimizin davranış
tərzi barədə daha çox öyrənmək, tendensiyaları analiz etmək və bütövlükdə istifadəçilərimiz barədə demoqrafik məlumatları
toplamaq məqsədi ilə istifadə edirik. Toplanmış informasiyadan bizim marketinq və reklam xidmətlərində və əlaqələrində istifadə
oluna bilər.
Biz Şəxsi Məlumatlarla birlikdə qeyri-şəxsi informasiyadan istifadə edəriksə, bu informasiya birlikdə toplanmış vəziyyətdə
saxlanana qədər Şəxsi Məlumat hesab olunur.
9. Cookie-fayllardan (müştəri sistemində saxlanan identifikasiya faylları) istifadə
“Chevrolet”-in saytında, elektron-poçt məlumatlarının göndərilməsində, onlayn xidmətlərində, reklamlarda və interaktiv sistemlərdə
“cookie” və “web beacons” və “pixel tags” kimi digər texnologiyalardan istifadə oluna bilər.
“Cookie” bizim veb-server vasitəsilə sizin kompyuterinizin sərt diskindəki brauzerin cookie-faylına göndərdiyimiz informasiyanın
mətn versiyası elementidir. Bu, sayta veb-serveri və veb-brauzeri arasında əlaqə qurulduğu zaman sizin kimliyinizi yaddaşda
saxlamaq imkanı verir. Cookie-nin əsas məqsədi istifadəçiləri müəyyən etməkdən və bizim veb-serverə sizə “Chevrolet”-in saytını
gözdən keçirməklə və sizin fərdi ehtiyaclarınıza daha yaxşı cavab verməklə şəxsi təcrübənizi mükəmməlləşdirməkdən ibarətdir.
“Chevrolet” və bizim həmkarlarımız da siz bizim saytımızdan, tətbiqi sistemlərdən və onlayn xidmətlərindən istifadə edərkən
şəxsi informasiyanı yaddaşda saxlamaq üçün cookie-fayllarından və digər texnologiyalardan faydalanır. Məsələn, sizin veb formasında
əvvəlcədən təmin etdiyiniz informasiyanın yaddaşda saxlanması üçün.
Bu saytda cookie-fayllarının iki növündən istifadə olunur:
- “Session cookies” (Müvəqqəti cookie-faylalrı): bunlar, siz bizim saytımızı tərk etməyənə kimi sizin brauzerin cookie faylında
qalan müvəqqəti cookie-faylalrıdır. Belə cookie faylı siz müəyyən zaman ərzində saytdan istifadə etmədiyiniz halda da başa
çatır.
- “Persistent cookies” (Daimi cookie-faylalrı): belə cookie-faylları növləri sizin brauzerin cookie faylında daha uzun müddətə
qalır. Bu müddət sizin internet brauzerinizin müəyyən edilməsində etdiyiniz seçimdən asılı olacaq. Daimi cookir faylları hər
hansı bir şəxsi sayta daxil olduğu zaman informasiyanın veb-serverə ötürülməsinə imkan verir. Daimi cookie-faylları izləyici
cookie faylları kimi də məlumdur.
10. Üçüncü şəxsə aid cookie faylları
“Chevrolet” vaxtaşırı reklam xidmətləri göstərmək və bizim marketinq əlaqəsini təqib etmək məqsədi ilə üçüncü tərəfə aid reklamçılardan
istifadə edə bilər. Üçüncü tərəfə aid reklamçılar cookie fayllarından reklamların effektivliyini müəyyən etmək və reklam məzmununu/məlumatını
individuallaşdırmaq məqsədi ilə istifadə edir. Üçüncü şəxsə aid reklamçılar tərəfindən toplanmış informasiyaya geopozisiyalama
məlumatı və ya əlaqə detalları, məsələn elektron-poçt ünvanı daxil ola bilər.
Belə üçüncü tərəfə aid reklamçıların məxfiliyə dair siyasətləri sizi cookie-fayllarından onların öz istifadəsi barədə əlavə
informasiya verir. Belə üçüncü tərəflərin məxfiliyə dair təcrübəsi barədə daha çox məlumat əldə etmək istəsəniz, “Network Advertising Initiative” (“Şəbəkə Reklamı Təşəbbüsü”) saytına daxil ola bilərsiniz ki, burada
“opt-out“ (istehlakçının elektron-poçtu vasitəsilə reklam məlumatlarını əldə etməkdən imtina etməsi) barədə informasiya da
daxildir.
11. “Web beacons” və “pixels”
Bizim saytlara və elektron-poçt əlaqələrinə “web beacon” və ya “pixel tag” kimi məlum olan elektron təsvir daxil ola bilər.
“Web beacon” və “pixel tag” bizim saytımıza daxil olanlara fəaliyyətinə nəzarət etmək məqsədi ilə, əsasən üçüncü tərəfə aid
texnologiyalarda (məsələn, Google Analytics) istifadə olunur.
12. Cookie faylalrında istifadə funksiyasının aktivləşdirilməsi və ya onun dayandırılması
Siz öz internet brauzerinizdəki vasitələri dəyişdirməklə cookie fayllarını qəbul etmək və ya onlardan imtina etmək imkanına
maliksiniz. Brauzer vasitələrinin dəyişdirilməsi barədə daha çox məlumat əldə etmək üçün öz brauzerinizin təlimatlarına istinad
etmənizi və ya All About Cookies saytına daxil olmanızı xahiş
edirik.
Xahiş edirik nəzərə alasınız ki, cookie fayllarından imtina olunduğu təqdirdə Chevrolet saytının bəzi xüsusiyyətlərindən istifadə
mümkünsüz olacaq.
13. Şəxsi suallarla bizimlə əlaqə saxlanması
Məxfiliyə dair siyasətimizlə bağlı hər hansı problemləriniz və ya suallarınız yaranarsa və ya sizin Şəxsi Məlumatlarınızdan
necə istifadə etdiyimiz barədə suallarınız olarsa, aşağıdakı elektron-poçt ünvanımız və ya telefon nömrəmiz vasitəsilə bizimlə
əlaqə saxlaya bilərsiniz. Siz Şəxsi Məlumatlarınıza daxil olmaq və ya onlara düzəliş etmək, onları istədiyiniz zaman bloka
sala və ya ləğv edə bilərsiniz. Sizin tələbinizi təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyik.
Elekron poçt ünvanı: ChevroletNewMarkets@gm.com
Telefon nömrəsi : + 36 23 447 000
Poçt ünvanı : Chevrolet Central and Eastern Europe LLC., 2040 Budaörs, Szabadság út 117. – Hungary
Şirkətin qeydiyyat nömrəsi: 13-09-092586
ƏDV nömrəsi : 12924583-2-44
Tarix: 16.11.2011.