Noyabr ayında məşhur Amerika brendi Chevrolet-in 100 yaşı tamam oldu. Xatırladaq ki, ilk yubiley tədbirləri cari ilin lap əvvəlində beynəlxalq Detroit avtoşousu çərçivəsində baş tutmuşdu. Bu avtoşouda istehsalçı söz vermişdi ki, 7 yeni model təqdim edəcəkdir və vədinə əməl etdi. Bu modellərdən 4-ü artıq Azərbaycanda uğurla satılır.


5 noyabr 2011-ci il tarixdə Performance Center şirkəti 100 illik Yubiley mərasimini öz salonunda təntənəli surətdə qeyd etdı. Bu mərasim məhz Chevrolet müştəriləri üçün təşkil olunmuşdu və baslıca məqsəd müştərilərə bayram münasibətilə öz işlənmiş avtomobillərini endirimli qiymətlərlə yeniləri ilə əvəz etmək imkanı yaratmaq idi. Şirkətin internet ünvanında qeydiyyatdan keçən müştərilər tədbirə dəvət olundular.


Yubiley tədbiri canlı blüz musiqisinin sədaları altında aparıcıların təqdimatı ilə Chevrolet barədə tarixi filmin nümayişi ilə başlandı. Qonaqlara Chevrolet-in 1911-ci ildən Lui Şevrole ilə başlayan tarixindən məlumat verildi və bundan sonra qonaqları salamlayan şirkətin Baş Meneceri E.Həsənov əldə olunan uğurlar və Chevrolet-in diler şəbəkəsinin genişlənməsi barədə məlumat verdi. Daha sonra çıxış edən Chevrolet Central and Eastern Europe-un Yeni Bazarlar üzrə satış direktoru Yanoş Yandruşçak (Janos Jendruszak) Chevrolet-in qlobal satış nəticələrindən və planlarından söhbət açdı. Tədbir modellərin üzərindən simvolik örtüklərin götürülməsi və effektli tərzdə Chevrolet - in yeni Aveo, Cruze, Orlando və Captiva modellərinin müştərilərə nümayişi ilə davam etdi. Növbəti çıxışçı - şirkətin Marketinq və Satış Departamentinin rəhbəri İ.Əhmədov keçirilən trade-in kampaniyası barədə dolğun məlumat verdi və qonaqları salonun qarşısında təqdim olunan modellərin test – drive-ına dəvət etdi.
Tədbir qonaqların yubiley tortuna dəvət edilməsi ilə davam etdi. Yubiley mərasimi yeni avtomobil sahiblərinin təbrik edilməsi və hədiyyələrin paylanması ilə yekunlaşdı.