Kraş-testlər – qəzanın sərnişinlərə vura biləcəyi zərərin səviyyəsini göstərmək üçün qəsdən yol nəqliyyat hadisəsinin törədilməsi ilə avtomobilin təhlükəsizliyinin yoxlanılmasıdır. Avtomobilə, zərər haqqında məlumat almaq üçün üzərində həssas elementləri olan plastik maneken yerləşdirilir. Müasir avtomobillərin kraş-testləri adətən Euro NCAP sisteminə əsasən aparılır.
Euro NCAP – aktiv və passiv təhlükəsizliyin qiymətləndirilməsi ilə müstəqil kraş-testlərinin keçirilməsi üzrə Avropa komitəsidir. 1997-ci ildə yaradılmışdır, hazırki zamanda bütün Avropa Birliyi ölkələrində avtomobil və istehlak şirkətlərinin dəstəyinə malikdir.
İstehsalçının təsdiq etdiyi kimi, Chevrolet Cruze “öz sinfində ən möhkəm aparıcı kuzov konstruksiyasına” malikdir. Təhlükəsizlik, yaxşı sazlanmış şassi komponentlərinin dəstəklədiyi yeni birləşdirilmiş çərçivə sistemindən istifadə olunan kuzovun sərt konstruksiyasından başlanır. Bu sistem ilə, avtomobilin yuxarı hissəsi ilə kuzovu və çərçivəsi avtomobilin istənilən hallarda davamlılığı və stabilliyinə zəmanət verən bütöv bir vəhdət təşkil edir. Kuzovun strukturunun 64%-dən çoxu yüksək möhkəmlikli poladdan təşkil olunduğu üçün, konstruksiya yüksək səviyyəli müdafiə təmin edə bilər. Qapıların təkmilləşdirilmiş konstruksiyası isə, ultrayüngül yüksək möhkəmliyə malik poladdan, mərkəzi dayaqları və bamperin möhkəm alüminium əlavələri də təhlükəsizliyin maksimal səviyyəsini təmin edir.
Bu həqiqətən də belədirmi və maşın təsəvvür edildiyi qədər təhlükəsizdirmi? Euro NCAP sistemi üzrə aparılan kraş-testlərinin nəticələrinə nəzər yetirək.
Böyük sərnişinlərin 96% müdafiəsi
Cruze qabaq müdafiəyə görə maksimal bal topladı. Həm sürücü, həm də sərnişin bədəninin bütün hissələrində toqquşmadan yaxşı müdafiə olunmuşdular. Sərnişin tərəfdən salon deformasiya etməmişdir, qabaq dayağın yerdəyişməsi yalnız 5 mm təşkil etmişdir. Avtomobil həmçinin, maneəylə yan toqquşmaya görə maksimum bal almışdır. Yalnız sütunla daha sərt yan testi zamanı böyük sərnişinin döş qəfəsinin yüksək bal toplaya bilməməsinə baxmayaraq, istənilən halda müdafiə kifayət qədər yüksək olaraq qalmışdır. Arxadan gözlənilməz zərbəyə qarşı boyun, baş və belin müdafiəsi də həmçinin effektiv alınmışdır.
“ Biz Cruze-un göstərdiyi mükəmməl nəticələrdən razıyıq, - Chevrolet Avropanın Prezidenti və Direktoru Wayne Brennon dedi. – Bugünkü nəticələr, Cruze-un digərlərinin özünü tay tutduğu yüksək təhlükəsizliyini təsdiq edir. İddialı siluet. ”
