Xəbərlər / 2010 / News

Chevrolet Cruze AUTOBEST 2010 mükafatına layiq görüldü

(1.5.2010)

Chevrolet Cruze sedan, Mərkəzi və Şərqi Avropanın ən “qənaətli” avtomobili seçilmişdir.

Cruze

15 ölkənin avtomobil jurnalistlərindən ibarət olan AutoBest layihəsinin münsifləri, özündə dizayn və idarəetmə, yanacaq sərfi, ekoloji təmizlik və erqonomika kimi texniki xüsusiyyətləri birləşdirən 13 meyar üzrə xal verirdilər. Onlar həmçinin, Mərkəzi və Şərqi Avropanın inkişaf edən bazarları üçün zəruri hesab edilən, geniş ticarət şəbəkəsi və ehtiyat hissələri və aksessuarların əlverişliliyi kimi bir sıra amilləri də nəzərə alırlar.

Finala 5 model çıxdı, və Chevrolet Cruze 844 bal hesabı ilə qələbə qazandı. İkinci yerə liderdən az fərqlə - Hyundai İ20 hetçbek (761 bal) layiq görüldü. Bunların ardınca Skoda Yeti (725 bal), Volkswagen Polo (720 bal) və Kia Soul (550 bal) qərarlaşdı.

Mükafatın təqdimolunma mərasimində, teatr üslubunda hazırlanmış zalda, aparıcı dünya avtomobil konsernlərinin nümayəndələri, Avropa jurnalistləri, o cümlədən, biznes-cəmiyyət nümayəndələrinin iştirakı ilə 130-dan çox qonaq toplaşmışdır. Mərasimi AutoBest-in Prezidenti İlya Seliktar açdı.
Mükafatı səkkiz nominasiyada: SportBest, SafetyBest, DesignBest, CompanyBest, ManBest, TechnoBest, EcoBest və AutoBest 2010-un 13 meyar üzrə seçilmiş əsas nominasiyası – “İlin Avtomobili” verirdilər. Bildiyiniz kimi, qalib Chevrolet Cruze seçildi. Mərkəzi və Şərqi Avropanın ən tanınmış avtomobil dərciləri avtomobilin xarici görünüşünü, yüksək etibarlılıq və təhlükəsizliyini, səmərəli qiyməti, o cümlədən inkişaf etmiş servis şəbəkəsini qeyd etdilər.
AutoBest mükafatı - Fəxri büllur sertifikatı Chevrolet Avropanın Prezidenti və Direktoru Wayne Brennona, bunun, Cruze üçün asan qələbə olmadığını qeyd edən İlya Seliktar tərəfindən təqdim edildi. Yeni Chevrolet avtomobili istehlakçıların bütün suallarına cavab verən mütləq qalibə çevrildi, onlardan ən əsası isə əlverişli qiymətə gözəl keyfiyyət hesab edilir.


Göstərilən şəkillər avtomobillərin assortimenti üzrə bir bələdçidirlər
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.