Paris. Parisdə keçirilən 24-cü Beynəlxalq Avtomobil Festivalında Chevlolet Volt modelinə avtomobil konstruksiyasında həyata keçirdiyi innovasiya texnologiyalarına görə “Ətraf mühitin qorunmasına görə 2009-cu ilin Qran-pri mükafatı” təqdim olunmuşdur.
Son 24 ildə Beynəlxalq Avtomobil Festivalında tamaşaçılarda böyük həvəs və maraq yaradan innovasiya modelləri alqışlanır. Bu ilin təqdimatında təşkilatçılar o faktı xüsusi vurğuladılar ki, hazırki iqtisadi böhran, şübhəsiz ki, insanların avtomobillərə və onların istismarına münasibətini dəyişir. “Bizim biznesdə işləyən dizaynerlər, mühəndislər, marketoloqlar paradoksal problemin – yeni ümid və tələblərə cavab verən, lakin öz cazibədarlığını itirməyən avtomobillər yaratmaq – həllinin yeni təsirli yollarını tapmalıdırlar”, - deyə Festivalın prezidenti Remi Depo(Remy Depoix) bəyan etmişdir.
Bu aktual tendensiyaları nəzərə alaraq münsiflər heyəti Chevrolet Volt modelinə “Ətraf mühitin qorunmasına görə 2009-cu ilin Qran-pri mükafatını” təqdim etmişdir. Münsiflər heyətinə sənaye nümayəndələri, rəssamlar, naşirlər və aparıcı jurnalistlər daxil olmuşdur, sədr rolunda isə memar Jan-Mişel Vilmott(Jean-Michel Wilmotte) və Formula 1 yarışlarında dörd dəfə dünya çempionu olmuş Alen Prost(Alain Prost) çıxış etmişlər.
Chevrolet Volt konstruksiyasında Voltec adlanan innovasiyalı elektrik qüvvəli aqreqat istifadə olunmuşdur. O, əlavə enerji yükləmədən elektromobilin yüyürüş həcmini artırır. 60 km-dək məsafə boyunca Volt yalnız standart 230 voltluq elektrik rozetkasından enerji yükləmə qabiliyyətli litium-ionlu batareya enerjisi hesabına hərəkət edir. Uzun məsafələrdə avtomobil öz hərəkətini kiçik daxili yanacaqlı mühərrikin istehsal etdiyi elektrik enerjisi ilə davam etdirir. Hərəkət və sürət şəraitindən asılı olmayaraq, elektrik hər zaman təkərləri hərəkətə gətirən qüvvə olaraq qalır.
GM Europe satış, marketinq və satışdansonrakı xidmət üzrə vitse-prezidenti Brent Dyuar (Brent Dewar) demişdir: “General Motors-un və bu inqilabi layihə üzərində işləyən bütün insanların adından demək istəyirəm ki, bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Chevrolet Volt avtomobil nəqliyyatına yeni nəzərlə baxmağa imkan verir. Voltec qüvvə aqreqatının sayəsində bu avtomobil bizim müştərilərə bir neçə yüz kilometri elektrik enerjisi ilə qət etmək imkanı yaradır. Beləliklə, Chevrolet Volt həm bu günün, həm də sabahın ekoloji problemini həll edir”.