WTCC çempionatında Chevroletin qələbəsi– ikinci il dalbadal

Biz birinci olmağı xoşlayırıq. Chevrolet FIA World Touring car Championship (WTCC) dünya çempionatında öz üstünlüyünü təsdiqlədı. Bu mövsümdə komanda fərdi zaçotda və Konstruktorlar kubokunda yenidən qələbə qazanmaqla ikinci il dalbadalWTCC çempionu olmuşdur.

Konstruktorlar kubokunda qələbə hələ sentyabr ayında Chevrolet komandası digər iştirakçılar üçün əlçatmaz sayda xallar topladıqdan sonra qazanılmışdır. Lakin Chevrolet pilotlarından kimın fərdi zaçotda çempion olacağı ən son ana qədər maraqlı olaraq qalırdı.

Yvan Muller – yenidən WTCC çempionu

Həyəcanlı final mərhələsindən sonra fransız Yvan Muller (İvan Müller) fərdi zaçotda WTCC çempionu oldu. Onun Chevrolet komandası üzrə həmkarları - britaniyalı Rob Huff (Rob Haf) və əfsanəvi İsveçrə yarışçısı Alain Menu (Аlen Menyu) – müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Beləliklə, İvan avtomobillər üzrə ən maraqlı dünya çempionatlarından birində öz liderliyini qoruyub saxladı.

Chevrolet WTCC saytında WTCC çempionatı və onun pilotları haqqında ətraflı məlumat alın.

2012 – ci il WTCC mövsümündə görüşənədək!

11 mart – Monsa, İtaliya
1 aprel – Valensiya, İspaniya
15 aprel – Marrakeş, Mərakeş
29 aprel – Bratislava, Slovakiya
6 may – Budapeşt, Macarıstan
20 may – Salzburg, Avstriya
3 iyun – Porto, Portugaliya
22 iyul – Kuritiba , Braziliya
23 sentyabr – Sonoma, ABŞ
21 oktyabr – Suzuka, Yaponiya
4 noyabr – Şanxay, Çin
18 noyabr – Makao, Çin

Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.