Bizim əsas prinsiplərimiz

Biz Chevrolet-də avtomobillər yaradırıq…

… daxildən və xaricdən gözəl,
… çoxsaylı faydalı opsiyaları var,
… ki sizin həyat tərzinizə uyğun olsun
… və Sizin etibarlı yoldaşınıza çevrilsin

Yuxarıda göstərilən məziyyətlərə malik avtomobillərin yaradılması artıq 100 ildir ki bizim əsas prinsipimizdir.

Praktik dizayn

Bizim hər bir avtomobilimiz Sizin tələbatlarınızı nəzərə almaqla layihələndirilib. Kiçik şəhər tipli avtomobillərdən başlayaraq ta yeddi yerli Yolsuzluq avtomobillərinə qədər, Chevrolet-in hər bir modeli yüksək səviyyəli təhlükəsizlik, çoxsaylı əşyalar üçün bölümlər və sizin həyat tərzinizə uyğun olan gözəlliyi ilə öyünə bilər.

Etibarlılıq

Avtomobillərimizin hər bir, hətta ən xırda detalı belə çoxsaylı yoxlamalardan keçir. Chevrolet – in etibarlılığı texniki xidmət vaxtının çatdığı məqamda dəyərləndirəcəyiniz məziyyətlərimizdəndir.

Faydalı opsiyalar

Məsələn, Orlando-da “danısıq” güzgüsü. Bu “ağıllı” opsiya sürücüyə diqqətini yoldan çəkmədən arxa sərnişinlərlə onları görməklə ünsiyyətdə olmağa imkan verir. Və yaxud Captiva-da yer alan əşyalar üçün hesabsız bölümlər və şö'bələr. Biz avtomobilləri ağıl ilə yaradırıq, bu hər detalda ozünü büruzə verir.

Daxili və xarici gözəllik

Chevrolet-in hər modelinin özünəməxsus cəhətləri var, məsələn, həm xarici görünüş, həm də interyerə xas olan ifadəli cizgilər. Dizaynımız sürməyə olan sevgimizi ifadə edir.

Chevrolet model çərgəsinə baxmaq

Foto yalnız əyanilik üçündür. Göstərilmiş təsvirlərdə məhsulların çeşidinə aid ümumi nümunələr verilir, onlar standart komplektasiya səviyyəsinə görə fərqlənə bilər. Göstərilmiş qiymətlər yalnız təklif olunan pərakəndə qiymətlərdir. Xüsusi təkliflər üçün “Chevrolet”-in əlaqədar diler agentliyinə müraciət edə bilərsiniz. “Chevrolet Central və Eastern Europe LLC.” və “Chevrolet” diler agentlikləri istənilən vaxt və heç bir xəbərdarlıq vermədən fəaliyyəti dəyişdirmək və ya ona xitam vermək, məhsulun spesifikasiyasını, rənglərini və parametrlərini dəyişdirmək hüququna malikdir. “Chevrolet” veb-səhifəsində nümayiş etdirilən modellərin və onların parametrlərinin “Chevrolet”-in diler agentliklərindən dərhal əldə olunması mümkünlüyünə zəmanət vermir. Bu səbəbdən, satınalma üçün sifariş verməzdən öncə, seçdiyiniz avtomobilin parametrlərini etibar etdiyiniz “Chevrolet” diler agentliyində yoxlamanızı tövsiyə edirik. Bu informasiya yalnız Azərbaycan Respublikasının bazarına aiddir.
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.