NCAP
 

Daha da güclu. Daha da praktik. Daha da məqsədyönlü.

Chevrolet Captiva – nın əsrarəngiz dünyasına xoş gəlmisiniz! Xəyallarınızda canlandırdığınız xarici görünüşə və ehtiyac duyduğunuz universallığa malik güclü yolsuzluq avtomobili. Əvvəlki modelin uğur qazanmasından ilham alaraq biz bütün mümkün cəhətlər baxımından Captiva – nı təkmilləşdirərək istənilən ən müxtəlif tələblərə cavab verən maşın yaratdıq. О, həm əşyaların daşınması, həm də böyük ailənin gündəlik istifadəsi üçün ideal seçimdir. Kimsə idman avtomobili arzu edirsə, Captiva onun üçün ən doğru seçimdir.

 

Hər bir element göz oxşayır

Chevrolet Captiva – nın kapotu altında avtomobilin gücünü artıran olduqca böyük dəyişiklikər baş verib. Bu təsirli güc yeni daha aqressiv dizaynla tamamlanır.

  • Captiva Sizə hər yerdə yoldan keçən insanların heyran baxışlarını bəxş edəcək.
  • 2011 ci il Chevrolet Captiva – güc, praktiklik, məqsədyönlülük.
## Zoom

Radiatorun təkmilləşdirilmiş ikiqat barmaqlığı daha zəhmli görünüş alıb. Yan hava sovurucuları aşağıda yerləşır və əvvəlkindən daha nəzərəçarpan şəkil alıb. Fənərlərin prizmaşəkilli forması, arxa görünüş güzgülərində quraşdırılmış işıqdiodlu dönmə işıqları digər tərtibat elementləri kimi maşına əlavə incəlik verir. Xarici görünüşün hər bir elementi diqqəti cəlb edir, maşının idarə olunması kimi onun xarici görünüşü də dərin təəssurat bağışlayır.

Yeni Captiva: xarici görünüş.

 

Heyrətamiz interyer

Biz yeni Captiva-nın interyerini tamamilə yenilədik. Salon əvvəl olduğü kimi genış qalıb, lakin hara baxsanız, hər yerdə Siz tərtibat və universallığın yeni səviyyəsinin şahidi olacaqsınız.

  • 6 oturacağı qatlamaqla çox böyük bir yük yeri əldə edəcəyik.
  • Elektrik parklama əyləci: istənilən təchizatda Captiva–nın dəyışilməz bir hissəsidir.
  • Ən yüksək keyfiyyətli tərtibat materialları.
## Zoom

Bu möhtəşəm yolsuzluq avtomobili haqqında tam təsəvvürün yaranması üçün Captiva-nın interyerinin bütün üstünlüklərini nümayiş etdirən videorolikləri izləyin.

 

Olduqca yüksək güc

Kapotun altında Siz dörd güclü mühərrikdən birini görəcəksiniz ki, o, 6 – pilləli mexaniki və ya avtomatik ötürücülər qutusu ilə səyahətinizin rəvanlığını təmin edir.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

Benzin mühərrikləri

Captiva – nın ən yeni mühərrikləri – qabaqcıl texnoloqıyalardır. Məsələn, bunların arasında qaz paylayıcı fazaların fasiləsiz dəyışməsi sistemi (CVVT), 2,4 və 3,0 litr həcmli 167/258 a.g. ECOTEC benzin mühərriklərinin 2 yuxarı paylaşdırıcı valı, hansı ki müvafiq olaraq 167/258 a.g. nail olmağa və 0-100 km/s cəmi 10,5/8,6 saniyəyə sürətlənməyə kömək edir.

Transmissiya və idarəetmə opsiyaları

Siz Captiva-nı mexaniki və ya avtomatik ötürücülər qutusu, qabaq və ya tam ötürücü ilə seçə bilərsiniz. Hansı yollarla sürmənizdən asılı olmayaraq, Siz əmin ola bilərsiniz ki, şassi artmış dinamika, daha yaxşı manevr qabiliyyəti və möhtəşəm hərəkət xüsusiyyətlərinə uyğundur. Belə ki, səyahət Sizə zövq və həzz verəcəkdir.

 

Captiva-nın təhlükəsizliyi – NCAP üzrə 5 «ulduz» -la təsdıq olunub

Captiva-da sürücü və qabaq sərnişin üçün iki qabaq və iki arxa təhlükəsizlik yastığı olmaqla altı təhlükəsizlik yastığı, habelə arxada əyləşənlər üçün təhlükəsizlik pərdəsi var. Dartıcı və dartma gücünün məhdudlaşdırıcısı ilə ücnöqtəli təhlükəsizlik kəmərləri qabaqda əyləşənlərin qayğısına qalır, ikinci sıranın kənardakı yerlərində uşaq oturacaqlarının ISOFIX bərkitmə sistemi uşaq kürsülərini tez və möhkəm bərkitməyə yardım edir.

Sizi yolda saxlamaq həmçinin bizim üçün önəmlidir. Çox vacibdir ki, təkərin yerində fırlanması əleyhinə sistem (TCS) sizi cevrilmədən qoruyacaq, səmtdə qalma sistemi (ESC) isə Sizə yolda qalmağa kömək edəcək. Təcili əyləcləmə qurğusu (BAS) daim qoşulmağa və fövqəladə vəziyyət yarandıqda əyləcləmə yolunu qısaltmaqa hazırdır. Bütün bu sistemlər istənilən təchizatda Captiva-da quraşdırılıb.

Captiva uçün ilk dəfə təklif olunan avtomobilin daha bir faydalı təhlükəsizlik sistemi «Hill Start Assist» qalxma zamanı avtomobilin arxaya yuvarlanmasının qarşını alır.

Enış zamanı yardım sistemi sayəsində aşağı enmək lap asanlaşır. Bu sistem aşağıya dogru gedən sərt yolda maşının hərəkətini avtomatik olaraq yavaşıdır, bu səbəbdən də sizin əyləc pedalına belə güclə sıxmaq zərurəti aradan qalxmış olur.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

Standart təchizata daxil olan «Follow-me-home» sisteminin və opsiya kimi təklif olunan parklama kamerasının işini nümayiş etdirən videonu izləyin.

 

Aksessuarlar

Captiva – nı Sizə ideal yol yoldaşı etmək üçün Biz geniş çeşiddə aksessuarlar işləyib hazırlarlamışıq. Sizə lazım olanı seçin: velosiped və dağ xizək ləvazimatı üçün dayaqlar, yük yeri boksları və bir çox digər avadanlıqlar. Övladlarınızın təhlükəsizliyi üçün biz təklif edirik:

  • - "Duo Plus" uşaq avtomobil kürsüsü
  • - "Baby Safe Plus" avtomobil kürsüsü
  • - "Baby Safe Plus" avtomobil kürsüsü üçün ISOFIX dayağı

Quraşdırılmış naviqasiya sistemi sayəsində Siz həmişə yolunuzu taparsınız.
Qabaq başaltıların arxa hissəsində quraşdırılmış DVD ilə uşaqlarınıza sevinc bəxş edin.
Sizin itiniz varmı? Xüsusilə itlərin daşınması üçün düşünülmüş barmaqlığı əldə edin.
Tavandakı yük konteynerinə lap az yer tələb olunur.

Captiva üçün təklif olunan aksessuarlar haqqında daha ətraflı məlumatı Sizin Chevrolet dilerinizdən ala bilərsininiz.

Bu model Sizi maraqlandırmır? O zaman dərhal modelləri müqayisə edin!
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.