NCAP
 

Yeni Aveo - şən və həyatsevərdir

Şəhər avtomobillərindən söz düşdükdə yeni Aveo - ya etinasız yanaşmaq mümkün deyil. Onun ərköyün idman görünüşü, manevr qabiliyyəti, praktikliyi və yanacaq qənaətliliyi ümümi kütlədən seçilir. Pulunuz müqabilində çox şey əldə etmiş olacaqsınız, cünki bu heçbek güzəştlərə getmir.

 

Aveo: həyatın fasiləsiz ləzzətə çevirən avtomobil

Ən yeni 5 – qapılı Aveo özünün ərköyün xarici görünüşü sayəsində “B” sinfinə aid tam fərqli avtomobil səviyyəsini təcəssüm etdirir. Daxildə motosiklet dizaynlı indikatorlar, mavi işıq, və USB, Аux-in – interfeysləri ilə təchiz olunmuş MP3 ilə CD-pleyerli audiosistem nəzərləri cəlb edir. Geniş salonda 5 nəfər üçün kifayət qədər yer var.

Lakin, bu hələ tam deyil! Yeni Aveo heçbekin hərəkət hissəsi idmansayağı sərtdir – bu dinamiklik və yüngül idarəetməni təmin edir. Yeni mühərriklər sırası və mexaniki və ya 6-pilləli avtomatik otürücülər qutusu sayəsində yeni Aveo-nun idərəetməsi Sizə hədsiz zövq verəcəkdir.

 

İnteryer

Qapını açın və salona əyləşın. Tərtibat dərhal xoşunuza gələcək. Yeni Aveo-nun səciyyəvi xüsusiyyətlərini layiqincə dəyərləndirəcəksiniz – müasir, lakin praktik dizayn, faydalı əşya bölümləri, genişlik, son dərəcə zəngin təchizat və yüksək keyfiyyətli işləmə materialları.

  • Mavi  işıqlı “ikiqat kokpit”.
  • Qabaq sərnişin oturacağının altında əşya bölümü.
  • Aveo heçbek  – yük bölümündə çox şey yerləşər.
## Zoom

İkiqat əşya bölümü – yuxarı hissədə sükan üzərindəki düymələr vasitəsi ilə idarə edə biləcəyiniz USB, Аux-in – interfeysləri və MP3 və iPod pleyerləri üçün girişlərlə təchiz olunub (LT təchizatından başlayaraq)

Bizim videorolikdə Aveo-nun interyeri barədə daha çox məlumat alın.

 

Fərdi xarici görünüş

Biz əminik ki,Siz yeni Aveo-nun “təravət ətirli” və başqalarına oxşamayan xarici görünüşünü sevəcəksiniz. Fərdi üslubun gözəl nümunəsi - parlaq qara çərçivəyə salınmış xrom çevrəli motosiklet üslublu fənərlər.

Sərt cizgili təkər tağları ümumi dizaynı gözəl tamamlayır, arxa fənərlər isə nəinki misilsizdir, onlar həm də hava müqavimətini minimuma endirir.

Aveo – nun xarici görünüşünün başqa şəkillərinə baxmaq.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

 

Yanacağı düşünmədən ləzzətlə sürün!

İdarəetmədən zövqlə yanacaq qənaətliliyi bir qayda olaraq bir birini istisna edir, lakin yeni Aveo ilə olan halda bu belə deyil! Sizi hər birimiz üçün çox vacib olan səmərəlilik və yanacaq qənaətliliyinin ideal nisbəti gözləyir.

Chevrolet Aveo-nun dörd yeni benzin mühərriklərinin hamısı, sürətli 1.2 litr həcmli-dən başlayaraq (Eco versiyası ilə ), heyrətamiz 1.6 –yə qədər yanacaq sərfiyyatı baxımından son dərəcə qənaətlidir. Onlar səmərəlidir və yumşaq, sürətli, qənaətli sürməyə zəmanət verir.

Aveo heçbekin nəzərəçarpan arxa  fənərləri
 

Mükəmməl təhlükəsizlik – NCAP üzrə 5 «ulduz» -la təsdıq olunub

Altı təhlükəsizlik yastığı, sabitləşdirici ESC, bloklama əleyhinə ABS, yerində fırlanma əleyhinə sistemləri, fövqəladə əyləcləmə qurğusu (BAS) və yoxuşda yardım sistemi (HSA) ən aşağı baza təchizatı istisna olmaqla bütün modellərin standart təchizatının bir hissəsidir. Bərk polad təkcə idarəetmədən zövq almaq üçün deyil , Aveo –nun ən yüksək təhlükəsizlik səviyyəsinin təmin ediməsi üçün lazımdır: qəza zamanı avtomobilin damı onun öz çəkisindən 4,2 iki dəfə agır yükə dözə bilər. Kuzovun hazırlandığı bərk polad salonda əyləşən sərnişinlərin zədəsiz və sağlam qalması üçün nəzərdə tutulub.

Yoxuşda hərəkətə başlamaq üçün yardım sistemi «Hill Start Assist»

Standart təchizata daxil olan bu faydalı sistem qalxma zamanı avtomobilin arxaya yavarlanmasının qarşını alır. Siz ayağınızı əyləc pedalından qaz pedalına keçirərkən, həmin sistem avtomobili 1.5 saniyə ərzində yerində saxlamaqla tam təhlükəsiz şəraitdə hərəkətə başlamağa imkan verir.

«Follow-Me-Home» və «Sound Warning Park Assist» sistemləri

Evə qaranlıqda qayıtıqda, “Follow-me-home” sistemi Siz qapınıza çatdıqdan dərhal sonra avtomatik olaraq qabaq fənərləri söndürəcək. Sound Warning Rear Park Assist sistemi (LTZ təchizatında standart) Sizə avtomobilinizi məhdud məkanda parklamağa imkan verəcəkdir.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

 

Aveo üçün aksessuarlar

Aveo –nu Sizə ideal yol yoldaşı etmək üçün Biz geniş çeşiddə aksessuarlar işləyib hazırlarlamışıq. Sizə lazım olanı seçin: velosiped və dağ xizək ləvazimatı üçün dayaqlar, yük yeri boksları və bir çox digər avadanlıqlar.Övladlarınızın təhlükəsizliyi üçün, biz təklif edirik:

  • "Duo Plus" uşaq avtomobil kürsüsü
  • "Baby Safe Plus" avtomobil kürsüsü
  • "Baby Safe Plus" avtomobil kürsüsü üçün ISOFIX dayağı

Aveo üçün təklif olunan aksessuarlar haqqında daha ətraflı məlumatı Sizin Chevrolet dilerinizdən ala bilərsininiz.

Bu model Sizi maraqlandırmır? O zaman dərhal modelləri müqayisə edin!
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.