Yeni Aveo sedanla arzularınızı həyata keçirin!
Tam yeni Aveo sedanın Chevrolet-ə xas olan yüksək keyfiyyəti gözləntilərinizi tam doğruldur. Siz onu eleqant və sanballı xarici görünüş, asan idarəetmə, gücü, sürəti və eləcə də yanacaq qənaətliliyinə görə sevəcəksiniz. Pulunuz müqabilində çox şey əldə etmiş olacaqsınız, cünki bu sedan güzəştlərə getmir.Yeni 4-qapılı Aveo haqqında bütün məlumatları əldə edin.
Yeni Aveo ilə
daha yaxından tanış olmaq üçün bu səhifəni oxumaqda davam edin:
Təkər üzərində sənət əsəri
Fərdi üslubla birləşən yeni Chevrolet Aveo – nun nəcib görkəmi diqqətləri özünə çəkir. O, eleqantdır və ləyaqət hissi ilə hərəkət edir. Yüksək keyfiyyətli materiallar ilk baxışdan nəzərə çarpır, geniş salonda isə beş nəfər üçün kifayət qədər yer var.
Lakin xarici görünüş – ən əsası deyil! Yeni Aveo idarəetmə zamanı zövq vermək üçün yaradılıb. Hərəkət hissəsi idmansayağı sərtdir – bu dinamiklik və asan idarəetməni təmin edir. Yeni mühərriklər sırası və mexaniki və ya 6-pilləli avtomatik otürücülər qutusu sayəsində yeni Aveo-nu idarə etmək sadə və maddi cəhətdən sərfəlidir.

İnteryer
Qapını açın və salona əyləşın. Tərtibat dərhal xoşunuza gələcək. Yeni Aveo-nun səciyyəvi xüsusiyyətlərini layiqincə dəyərləndirəcəksiniz – müasir, lakin praktik dizayn, faydalı əşya bölümləri, genişlik, son dərəcə zəngin təchizat və yüksək keyfiyyətli işləmə materialları.
İkiqat əşya bölümü – yuxarı hissədə sükan üzərindəki düymələr vasitəsi ilə idarə edə biləcəyiniz USB, Аux-in – interfeysləri və MP3 və iPod pleyerləri üçün girişlərlə təchiz olunub (LT təchizatından başlayaraq).
Bizim videorolikdə Aveo-nun interyeri barədə daha çox məlumat alın.
Fərdi xarici görünüş
Biz əminik ki,Siz yeni Aveo-nun “təravət ətirli” və başqalarına oxşamayan xarici görünüşünü sevəcəksiniz. Fərdi üslubun gözəl nümunəsi - parlaq qara çərçivəyə salınmış xrom çevrəli motosiklet üslublu fənərlər.
Aveo – nun xarici görünüşünün başqa şəkillərinə baxmaq
Yanacağı düşünmədən ləzzətlə sürün!
İdarəetmədən zövqlə yanacaq qənaətliliyi bir qayda olaraq bir birini istisna edir, lakin yeni Aveo ilə olan halda bu belə deyil! Sizi hər birimiz üçün çox vacib olan səmərəlilik və yanacaq qənaətliliyinin ideal nisbəti gözləyir.
Chevrolet Aveo-nun dörd yeni benzin mühərriklərinin hamısı, sürətli 1.2 litr həcmli-dən başlayaraq (Eco versiyası ilə ), heyrətamiz 1.6 l həcmli – yə qədər yanacaq sərfiyyatı baxımından son dərəcə qənaətlidir. Onlar səmərəlidir və yumşaq, sürətli, qənaətli sürməyə zəmanət verir.

Mükəmməl təhlükəsizlik – NCAP– ın 5 «ulduzu» ilə təsdıq olunub
Altı təhlükəsizlik yastığı, sabitləşdirici ESC, bloklama əleyhinə ABS, yerində fırlanma əleyhinə sistemləri, fövqəladə əyləcləmə qurğusu (BAS) və yoxuşda yardım sistemi (HSA) ən aşağı baza təchizatı istisna olmaqla bütün modellərin standart təchizatının bir hissəsidir. Uşaq kürsülərinin quraşdırılması üçün ISOFIX dayaqları həmçinin bütün modellər üçün standart təchizatdır.
Bərk polad təkcə idarəetmədən zövq almaq üçün deyil, Aveo – nun ən yüksək təhlükəsizlik səviyyəsinin təmin ediməsi üçün lazımdır: qəza zamanı avtomobilin damı onun öz çəkisindən 4,2 iki dəfə agır yükə dözə bilər. Kuzovun hazırlandığı bərk polad salonda əyləşən sərnişinlərin zədəsiz və sağlam qalması üçün nəzərdə tutulub.
Yoxuşda hərəkətə başlamaq üçün yardım sistemi «Hill Start Assist»
Standart təchizata daxil olan bu faydalı sistem qalxma zamanı avtomobilin arxaya yavarlanmasının qarşını alır. Siz ayağınızı əyləc pedalından qaz pedalına keçirərkən, həmin sistem avtomobili 1.5 saniyə ərzində yerində saxlamaqla tam təhlükəsiz şəraitdə hərəkətə başlamağa imkan verir.
«Follow-Me-Home» və «Sound Warning Park Assist» sistemləri
Evə qaranlıqda qayıtıqda, “Follow-Me-Home”sistemi Siz qapınıza çatdıqdan dərhal sonra avtomatik olaraq qabaq fənərləri söndürəcək. «Sound Warning Park Assist» sistemi (LTZ təchizatında standart) Sizə avtomobilinizi məhdud məkanda parklamağa imkan verəcəkdir.
Aveo üçün aksessuarlar
Aveo –nu Sizə ideal yol yoldaşı etmək üçün Biz geniş çeşiddə aksesuarlar işləyib hazırlarlamışıq. Sizə lazım olanı seçin: velosiped və dağ xizək ləvazimatı üçün dayaqlar, yük yeri boksları və bir çox digər avadanlıqlar. Övladlarınızın təhlükəsizliyi üçün biz təklif edirik:
- "Duo Plus" uşaq avtomobil kürsüsü
- "Baby Safe Plus" avtomobil kürsüsü
- "Baby Safe Plus" avtomobil kürsüsü üçün ISOFIX dayağı




Aveo üçün təklif olunan aksessuarlar haqqında daha ətraflı məlumatı Sizin Chevrolet dilerinizdən ala bilərsininiz
11 100 AZN başlayaraq
Təchizatı seçin!
-
Yeni Aveo sedan L11 100 AZN başlayaraq
- Sükanın hidrogücləndiricisi
- Hündürlüyü tənzimlənən sükan çarxı
- Elektrik tənzimlənən güzgülər
- «Follow-me-home» funksiyalı gündüz işığı fənərləri
- ABS, TCS, ESC və fövqəladə əyləcləmə qurğusu
- Hündürlüyü tənzimlənən qabaqda dartıcı ilə təhlükəsizlik kəmərləri
- Açarla 2 təhlükəsizlik yastığı
- ISOFIX tipli uşaq oturacaqlarının bərkitmə qurğusu
- İmmobilayzer
- 14 ” qapaqlı polad disklər
- Kondisioner (modeldən asılı olaraq)
-
Yeni Aveo sedan LS11 550 AZN başlayaraq
L təchizatından əlavə:
- Məsafədən idarəolunan qapıların elektrik kilidi
- Qabaq elektrik şüşəqaldəranlar
- Teleskopik sükan çarxı
- Məhdudlaşdırıcı ilə kruiz kontrol
- Qabaq sərnişin üçün açarla 6 təhlükəsizlik yastığı
- Dörd istiqamətdə tənzimlənən başaltılar
- 15 ” qapaqlı polad disklər (86 a.g. versiya)
- Kondisioner (modeldən asılı olaraq)
-
Yeni Aveo sedan LT12 800 AZN başlayaraq
LS təchizatından əlavə:
- Sürücü oturacağının hündürlüyünün tənzimlənməsi
- Qatlanan açar
- Bort kompüter
- USB, Aux-in və Bluetooth
- Audiosistem və Bluetooth –un sükandan məsafədən idarəolunması
- Gözlük qabı
- Külqabı
- Kondisioner
- Qapı, yük bölümünün dəstəkləri və xarici güzgülər kuzovun rəngində
- Radiator barmaqlığının xromla işlənməsi
- Salonun xromla işlənməsi
-
Yeni Aveo sedan LT+13 600 AZN başlayaraq
LT təchizatından əlavə:
- Xarici güzgülər qızdırıcı ilə
- Qabaq və arxa şüşəqaldıranlar
- Sürücünün qoltuqaltısı
- 15 ”yüngüllehimli disklər
-
Yeni Aveo sedan LTZ13 750 AZN başlayaraq
LT + təchizatından əlavə:
- Qabaq dumanəleyhinə fənərlər
- Arxa park sensoru
- Qabaq sərnişin oturacağının altında əşya bölümü
- Dəri sükan
- Daxili xromlu qapı dəstəkləri
- Qabaq və arxa fənərlər və pəncərələrin xromla işlənməsi 16” yüngüllehimli disklər



























