NCAP
 

Yeni Chevrolet Orlando – müasir dizaynda 7-yerli avtomobilin praktikliyi.

Chevrolet Orlando – parlaq dizaynlı ailəvi avtomobildir. Onun praktikliyi parlaq görkəmindən geri qalmır. Bu gün onun içində rahatlıqla yeddi nəfər yol gedir. Sabah oturacaqlar qatlanır və nəhəng yük bölümünü mebel tutur. Oturacaqların 16 müxtəlif konfiqurasiya variantları sayəsində Orlando istədiyiniz kimi olacaqdır.

 

Misilsiz dizayn

Orlando – başqaları kimi deyil. O, yoldakı başqa avtomobillərdən üstün cəhətləri lə fəqlənir. Və bunun üçün bütün əsasları var.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

Orlando bir neçə cazibəli kuzov rənqləri ilə təklif olunur – tüstü rəngi “Smokey Grey”-dən tünd qırmızı “Velvet Red”- ə qədər. Yüngül təkər diskləri LT+, LTZ и LTZ+ versiyaların standart təchizatına daxildir.

Daha çox üslub – bizim Orlando fotogalereyasında.

 

Hər şey funksionallıqla bağlıdır

7 nəfəri salonda yerləşdirmək? Bu gün bu artıq kifayət deyil. Funksionallıq – müasir dünyada vacib olan budur. Yeddi yerli avtomobil Sizə nə üçün lazımdır: dostları mənzillərinə çatdırmaq, çoxlu çamadan yükləmək, özünüzlə it və ya idman ləvazimatı götürmək? İstənilən hal üçün Orlando daim optimal salon konfiqurasiyasını təklif etməyə hazırdır.

  • Üç sıra rahat oturacaqlı 7-yerli salon.
  • Salonun çoxsaylı konfiqurasiya variantları.
  • Qatlanmış oturacaqlar yük bölümünün ideal hamar döşəməsini təşkil edir.
## Zoom

Orlando oturacaqlar konfiqurasiyaları ilə bağlı 16 müxtəlif seçim, və eləcə də Sizin şəxsi əşyalarınızın saxlanması üçün çoxsaylı bölümlər təklif edir. Daha ətraflı – Orlando-nun praktikliyinə həsr olunmuş videorolikimizdə.

 

İnteryerin üslublu dizaynı

Orlando-nun salonu xarici görünüşü kimi ifadəli üslubda işlənib. Aydın ifadəli mərkəzi konsollu qabaq panel idman modeli olan Corvette-i xatırladır. Əyri panellər sanki dalga kimi avtomobilin geniş salonunu dolanıb keçir.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

Siferblatlar və idarəetmə elementləri intuitiv aydındır və optimal şəkildə quraşdırılıb – sürücünün rahatlığı üçün. Audiosistemin əsas idarəetmə düymələri sükan çarxında və bilavasitə qabaq panel üzərində yerləşır. Cihazlar və idarəetmə elementlərinin firmaya aid olan mavi işığı sutkanın istənilən vaxtı əla oxunmanı təmin edir. Orlando – nun salonunun tutumu, xüsusilə də ayaqlar üçün böyük boş yerlə hündür tavan sərnişinləri təccübləndirəcəkdır.

Daha müfəssəl məlumat Orlando-nun interyerinə həsr olunmuş fotoqalereyada əks olunub

 

Mükəmməl təhlükəsizlik – NCAP üzrə 5 «ulduz» -la təsdıq olunub

Biz bilirik ki, təhlükəsizlik Sizin üçün də bizə nə dərəcədə vacib olduğu qədər əhəmiyyətlidir. Bu səbəbdən də, Orlando 6 təhlükəsizlik yastığından ibarət qabaqcıl mühafizə sistemi ilə təchiz olunub: sürücü və sərnişin üçün qabaq yastıqlar, qabaq oturacaqlarda quraşdırılmış yan təhlükəsizlik yastıqları, habelə yan zərbə zamanı sərnişinlərin boyun və başlarını mühafizə edəcək damın panellərində quraşdırılmış “pərdə” tipli yastıqlar. Orlando –nun bütün versiyalarının standart təchizatına uşaq avtomobil kürsülərinin quraşdırılması üçün ISOFIX dayaqları daxildir.

Orlando gücləndirilmiş kuzov karkasına malikdir

Enerjihopduran zonalara malik Orlando-nun kuzovunun bərk gücləndirilmiş qoruyucu karkası toqquşma zamanı sərnişinlərin maksimal müdafiəsini təmin edəcəkdir.

Sabitləşdirici sistem – standart təchizat

ESP sistemi ağır yol şəraitində yüksək sabitlik dərəcəli hərəkəti təmin edir. Sistem bir və ya bir neçə təkəri avtomatik olaraq əyləcləməklə sürücüyə avtomobil üzərində nərarəti maksimum tez bir zamanda qaytarmağa imkan verir.

Arxa park sensoru

Orlando –nun sükanı arxasında parklama manevrləri də daha təhlükəsiz olub. LT və LTZ versiyaları avtomobili ehtimal olunan zədələrdən qoruyacaq parklama zamanı intellektual yardım sistemi ilə təchiz olunub.

 

Dinamik və qənaətli idarəetmə

Orlando – nun 1.8 l həcmli mexaniki və ya avtomatik ötürücülər qutusu ilə təchiz olunmuş mühərriki mükəmməl hərəkət dinamikasına zəmanət verir. «Mexanika» və ya «avtomat»? Ürəyinizcə olan ötürücülər qutususu seçin. Üstəlik, seçimdən asılı olaraq,Siz mükəmməl dinamika, ötürücülərin yumşaq keçirilməsi və ağır qoşqunun yedəyə alınması və ya çoxsaylı sərnişinlərin daşınması üçün kifayət edən yüksək gücün olmasını təmin edir.

Orlando kompaktven universallığına malikdir. Lakin idarə etmə zamanı onun verdiyi zövq bu seqmentə aid modellərlə müqayisəyə gəlməz. Dönqələrdə Orlando olduqca sabitdir, magistralda isə,o, istənilən şəraitdə yumşaq və sürətlə hərəkət edir.

 

Həyatda hər zaman lazım olan aksessuarlar

Biz Orlando-nun onsuz da heyrətamiz imkanlarını genişləndirən aksessuarlar çeşidini işləyib hazırlamışıq.Onlardan istifadə etməklə Siz avtomobilinizə daha çox özəllik bexş ede, habelə onu istifadə üçün daha praktik edə bilərsiniz.

Orlando –nu Sizə ideal yol yoldaşı etmək üçün Biz geniş çeşiddə aksessuarlar işləyib hazırlarlamışıq. Sizə lazım olanı seçin: velosiped və dağ xizək ləvazimatı üçün dayaqlar, yük yeri boksları və bir çox digər avadanlıqlar. Övladlarınızın təhlükəsizliyi üçün biz təklif edirik:

  • "Duo Plus" uşaq avtomobil kürsüsü
  • "Baby Safe Plus" avtomobil kürsüsü
  • "Baby Safe Plus" avtomobil kürsüsü üçün ISOFIX dayağı

Orlando üçün təklif olunan aksessuarlar haqqında daha ətraflı məlumat – Sizin Chevrolet dilerinizdə.

Bu model Sizi maraqlandırmır? O zaman dərhal modelləri müqayisə edin!
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.