NCAP
 

Yeni Malibu – əla qiymətə premium-sedan

Malibu Amerika yollarını 1964 - cü ildən fəth edir. Bu müddətdə populyar ailəvi sedan saysız-hesabsız titul və mükafatlar qazanmışdır – təkcə 2008 – ci ildən hazırki vaxtadək - 40-dan çox. Hazırda, onu Azərbaycanda da almaq mümkündür. Yeni Malibu – məhz Sizin layiq olduğunuz avtomobildir: idarətmədə mükəmməl, rahat və əla təchizatlı.

Bu səhifədə Malibu haqqında daha ətraflı məlumat alın

Sizi maraqlandıran məlumatı ən qısa bir zamanda tapmaq üçün bu istinadlardan istifadə edin:

 

Güc və gözəlliyin mücəssəməsi

Malibu idman küpesini xatırladan gözəl siluetlə fərqlənir. Enlı yan tərəflər, uzunsov qabaq fənərlər və əzələli arxa qanadlar əfsanəvi Camaro sportkarını xatırladır. Ksenon qabaq işıq texnikası və arxa fənərlərdə işıq diodları bu cazibəli surətin son cizgiləridir.

Mükəmməl aerodinamik dizayn

Malibu nəinki qəşəngdır, onun silueti səs səviyyəsinin aşağı salınmasına və yanacaq qənaətliliyinə imkan verən səmərəli aerodinamika ilə fərqlənir. Bu avtomobilin kupesayağı siluetinə, və eləcə də spoyler kimi işləyən yuk yerinin hündür qapağına və qabarıq arxa bamperinə diqqət yetirin. Xarici yan güzgülər və kuzovun yan tərəfləri da həmçinin aerodinamika nöqteyi-nəzərindən optimallaşdırılmışdır.

Bu üslublu xüsusiyyətlərlə Malbu fotoqalereyasında tanış olun.

 

Dəbdəbəli və rahat interyer

Malibu təkcə özünün üslublu xarici görünüşü ilə deyil, həm də dəbdəbəli interyeri ilə cəlb edir. İlk növbədə, multimedia sistemlərinə diqqət yetirin. Sükan çarxından Pioneer™ audiosisteminin idaəolunması, USB və Bluetooth vasitəsilə xarici qurğuların qoşulması, habelə MP3-fayllarının səsləndirilməsi imkanı. 7-düymlük sensor rəngli displeyin arxasında gizli əşya bölməsi yerləşir – Sizin smartfonuvuz və ya iPod®-unuz üçün ideal yerdir.*

  • Chevrolet-in firma üslubunda iki yerə bölünmüş 7 – düymlük sensor displeyli ön panel.
  • Multimedia sisteminin qalxma funksiyalı qabaq panelinin arxasında gizli əşya bölümü yerləşir
  • Optimal yan dayaqlı oturacaqlar  uzaq məsafələrə səfərlər zamanı rahatlıqla təmin edir
## Zoom

Dəbdəbəli interyer

Geniş, rahat oturacaqlar və praktik əşya bölmələri – bunların hamısı ilk baxışdan nəzərə çarpır. Eynilə rahatlıq hissi kimi. Malibunun salonunda rahatlıq hökm sürür. Bunu kabinin konstruksiyasında olan səshopduran materiallar, müstəqil asgı və mühərrikin təcrid olunmuş dayaqlar təmin edir.

Çantada açar axtarmağa daha ehtiyac qalmır

Təsəvvür edin ki, avtomobil açarını çantanızda və ya portfelinizdə axtarmaq lazım deyil. Sadəcə açarın sızdə olması kifayətdir – və qapı kilidləri avtomatik olaraq açılır. Sükan arxasına oturaraq,Sizə mühərriki işə salmaq üçün sadəcə düyməni sıxmaq və yola düşmək lazımdır. Bu sistemi LTZ təchizatı ilə əldə etmək olar.

Son dərəcə rahat oturacaqlar

Avtomobilə sahib olduğunuz illər ərzində onun içində nə qədər vaxt keçırdiyinizi təsəvvür edin. Oturacaqların optimal dizaynı və quruluşunun əhəmiyyəti çox yüksəkdır, bu səbəbdən də Malibu-nun yaradıcıları yeni modeldə oturacaqları :

  • uzaq məsafələrə səfərlər üçün rahat
  • hər bir sürücünün sükan arxasında optimal mövge tutması üçün tənzimlənən

etməyə çalışmışlar.
Malibu-nun interyerinin fotoqalereyasında salonun dəbdəbəsini dəyərləndirin.

 

Mükəmməl rahatlıq və idarəetmə

Malibu hərəkət zamanı sizə xoş gələcək. Siz onun fırlanmaya yüksək sərtliyi təmin edən banının bərk konstruksiyasını dəyərləndirəcəksiniz. Başqa sözlərlə, avtomobil sanki yola yapışır və Sizə tam nəzarət hissini bəxş edir. Banının yüksək bərkliyi həmçinin aşağı səs və titrəmə səviyyəsinı təmin edir.

Banının yüksək bərkliyi ilə birgə ZF® şırkətinin hazırladığı sükan idarəetməsi işləyir. Ona aşağı sürətlərdə qəribə yüngüllük xasdır (məsələn, parklama zamanı), və o, yüksək sürətlərdə daha güclü əks rabitəni təmin edir (məsələn,avtotrasda yerdəyişmə zamanı) – və bunların hamısı qeydşərtsiz dəqiqliklə:

Bu sistem, habelə 6- diapazonlu avtomatik ÖQ və 6-pilləli mexaniki ÖQ haqqında əlavə məlumat Malibu-nun texniki göstəriciləri olan səhifəsində yer alıb.

 

Malibu-nun təhlükəsizlik sistemləri

Banının yüksək bərkliyi təkcə mükəmməl idarəetmə deyil, sərnişinlərin avtomobildə müdafiəsini də təmin edir. NCAP kraş testlərinin nəticələrinə görə maksimal 5 “ulduz” qiymətini qazanmış Malibu, standart olaraq heyrətamiz təhlükəsizlik sistemləri arsenalı ilə təchiz olunub. 6 təhlükəsizlik yastığı, StabiliTrak® sabitləşdirici sistem və yerində fırlanma əleyhinə sistemdən başqa, Malibu həmçinin:

  • - Aktiv başaltılar ( toqquşma zamanı başın optimal müdafiəsi üçün irəli çəkilir),
  • - Belinizin müdafiəsi üçün bel dayağının elektrik tənzimləyicisi,
  • - Pedal dəsti sisteminin ayrılması (toqquşma zamanı pedallar təhlükəli ola bilər, bu səbəbdən də konstruksiya onların sürücü üçün təhlükəsiz vəziyyətə keçməsini nəzərdə tutur),
  • - Şinlərdə hava təzyiqi sensorları ilə təchiz olunub.
 

Malibu üçün aksessuarlar

Siz Malibu üçün uşaqların avtomobildə təhlükəsizliyini artıran aşağıda göstərilən təchizatı sifariş edə bilərsiniz:

  • "Duo Plus" uşaq avtomobil kürsüsü
  • "Baby Safe Plus" avtomobil kürsüsü
  • "Baby Safe Plus" avtomobil kürsüsünün Isofix dayağını

Malibu üçün tam aksessuar çeşidini 2012 – ci ildə əldə etmək mümkün olacaq.

Bizim RSS göndərişlərinə abunə olun və Malibu üçün tam aksessuar çeşidinin satışlarının başlanması haqqında birinci xəbər tutun.

Bu model Sizi maraqlandırmır? O zaman dərhal modelləri müqayisə edin!
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.