WTCC yarışlarının çempionu
Cruze – un WTCC kuzov yarışlarında Chevrolet –i təmsil edən avtomobil kimi seçilməsi heç də təsadüfi olmamışdır. Özünün misilsiz keyfiyyətlərinə görə Cruze rəqiblərinə heç bir şans tanımır. 2010-cu ildə Chevrolet komandası komanda və fərdi zaçotda çempion titullarını qazanmışdır və bu müvəffəqiyyətini 2011-ci ildə təkrar etməyə israrlıdır.
Chevrolet 2010 – cu ildə, və hal – hazırda 2011- ci ildə – ikinci yer tutan BMW komandasını çox geridə qoyaraq, fərdi zaçotda və Konstruktorlar kubokunda çempion titulunu qazanmaqla öz üstünlüyünü sübut etmişdir.
2011 – ci il WTCC üzrə Konstruktorlar kubokunda çempion hələ senyabrda müəyyən edilmişdir. Fərdi zaçotda WTCC üzrə qalibin adının öyrənilməsinə bir qədər çox vaxt lazım olmuşdur. Görəsən Chevrolet pilotlarından çempion titulunu qazanan kim oldu? Bu ilin yarış mövsümü haqqında tam məlumatı bizim WTCC səhifəmizdə əldə edə bilərsiniz.
Seriya Cruze-undan yarış Cruze-na qədər – bir addım
WTCC-də çıxış edən Yarış Cruze– u xüsusi avtomobildir. Çünki konstruksiyasına görə,o, özünün seriyadakı yoldaşına maksimal dərəcədə yaxındır.
Yeni seriya modeli avtomobil idmanında qazanılmış təcrübə əsasında işlənib hazırlanırdı. Hətta, Cruze-un konstruksiyası elə yaradılıb ki, seriya avtomobilindən əla yarış bolidi alınsın. Məhz bu səbəbdən Cruze belə tə'sirli hərəkət keyfiyyətlərinə malikdir.















