NCAP
 

Effekli Chevrolet Cruze sedanı – yeni oyun qaydaları

Gözəl xarici görünüş dizaynı, üslüblu salon, misilsiz hərəkət keyfiyyətləri, qənaətli mühərriklər, NCAP təhlükəsizlik reytinqində «5 ulduz» və son dərəcə yüksək yığılma keyfiyyəti – təsəvvür edin ki, bütün bunları bir avtomobildə əldə etmək olar.

Sizə maraqlı deyilmi, nə üçün Cruze Almaniya, İngiltərə, İtaliya, İspaniya, Portuqaliya, Danimarka və İsveçrədə ən populyar kompakt sedandır?

Artıq ikinci ildır ki, Chevrolet WTCC şosse-dövrəvi yarışları üzrə dünya çempionatında qələbə qazanıb. İkinci il dalbadal Chevrolet hər iki çempion titulunu qazanır – həm fərdi zaçotda, həm də Konstruktorlar kubokunda. Hansı yarış avtomobili qalib oldu? Chevrolet Cruze. Chevroletin WTCC çempionatında iştirakı barədə daha ətraflı məlumat alın.

 

Cruze-un idman silueti

Cruze-un idman silueti – özü özlüyündə aerodinamika mükəmməlliyidir. Çox əyilmiş ön şüşədən kuzovun incə arxa dayaqlarına qədər.

Bizə məlumdur ki, Siz ifadəli dizaynı dəyərləndirirsiniz. Deməli, Siz heç kimi laqeyd qoymayan Cruze-un effektli radiaror barmaqlığı və uzunsov fənərlərini bəyənəcəksiniz. Bu avtomobil istənilən ətrafda möhtəşəmdir.

Cruze-un fotoqalereyasına baxın.

 

Hərəkətdə inam

Cruze – sedan onun yoldaşı –heçbek kimi kuzova inteqrasiya olunmuş sərt güc karkası sayəsində istənilən yolda inamlı hiss bəxş edir. Siz bu konstruksiyanın bütün üstünlüklərini hiss edəcəksiniz.

  • Avtomobilin yolda stabilliyi
  • Hərəkət sabitliyi
  • Sürətlənmə dinamikası

Mükəmməl qurulmuş şassinin Cruze – un 2010 – cu ildə World Touring Car Championship çempionatında, və hazırda 2011 –ci ildə qələbə qazanmasına verdiyi töhfə barədə məlumat alın.

  • Chevrolet Cruze sedan
  • Optimal qurulmuş   asqı sayəsində dinamik hərəkət
  • NCAP reytinqində «5 ulduz»
## Zoom

Kuzovun möhkəm konstruksiyası həmçinin yüksək təhlükəsizliyini təmin edir – təsadüfi deyil ki, NCAP kraş – testin nəticələrinə görə Cruze «5 ulduz» maksimal qiymətə layiq görülmüşdür.

 

Güc qənaətli ola bilər

Cruze üçün təklif olunan mühərriklər özündə qənaətlilik və yüksək gücü optimal şəkildə birləşdirir. Onlar şəhərdə aşağı yanacaq sərfi ilə fərqlənməklə yanaşı magistralda rahat dinamikanı təmin etməyə qadirdir.

Hal hazırda Cruze-un mühərriklər cərqəsi iki benzin motorundan ibarətdir – 1.6 (124 a.g.) və 1.8 (141 a.g.). Bu avtomobili 5-pilləli mexaniki ötürücülər qutusu və eləcə də 6-diapazonlu avtomatik (1.8) ötürücülər qutusu ilə əldə etmək olar, və onun mühərrikləri daim EURO 5 ekoloji normalarına uyğundur.

 

İnteryerin yüksək keyfiyyəti

Yüksək səviyyəli avtomobilı duymaq ləzzətini yaşayın – Cruze- un salonunda rahat əyləşin. Rahat parlaq mavi işığı və eləcə də aşağıdakıları qiymətləndirin:

  • yüksək keyfiyyətli işlənmə materialları,
  • idman üslubunda ön panelin dizaynı.

Cruze –un salonunu genişliyi xüsüsi diqqətə layiqdir. Beş nəfərı yerləşdirmək üçün, habelə onların bütün əşyalarını iri 450-litrlik yük bölümünə yükləmək üçün burada kifayət qədər yer var. Cruze – salonun genişliyi, uzunluğu və hündürlüyünə görə sinfinin liderlərindəndir. Bu faktdır.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

Cruze nəinki materialların yüksək keyfiyyəti, həmçinin yüksək istehsal keyfiyyəti ilə seçilir. Məsələn, oturacaqların üzlüyündə daha davamlı «fransız» tikişinin istifadəsi onları daha möhkəm və dayanıqlı edir.

Salonun panelləri arasında araların nə qədər kiçik olduğuna diqqət yetirin. İşlənmənin bütün elementləri bir birinə ideal uyğunlaşdırılıb, bu da səs və titrəmə səviyyəsini əhəmiyyətli dərəcədə endirir. Bütün bunlar, əla idarəetmə ilə yanaşı Cruze-un yüksək keyfiyyətini hiss etməyə imkan verir.

 

Cruze-un təhlükəsizliyi –NCAP üzrə 5 «ulduz» -la təsdıq olunub

Cruze adətən daha bahalı avtomobillərdə quraşdırılan bütün ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Cruze-un təhlükəsizliyinin ən yaxşı qiyməti – Euro NCAP Avropa proqramı üzrə kraş-testlərinin nəticələrinə görə əldə olunan «5 ulduz»dur. But it all begins with the solid body structure, which is engineered as a single unit.

This website requires Adobe Flash player. You can get the Adobe Flash player by using the button below.

Get Adobe Flash player

Qəzanın qarşısının alınması üçün hər bir şey

  • İdarəolunan əyləcləmə üçün ABS.
  • Yol ilə dayanıqlı təmas məqsədi ilə TCS (dartı qüvvəsinə nəzarət sistemi).
  • Ekstremal şəraitdə sabitliyi saxlamaq üçün ESC (elektron sabitləşdirici sistem).
  • qabaq və arxa oxun əyləc mexanizmlərinin optimal işi üçün EBD (elektron əyləcləmə güclərininin bölüşdürülməsi sistemi).

Aktiv təhlükəsizlik sistemləri

  • 6 təhlükəsizlik yastığı – standart təchizat.
  • uşaq kürsülərinin quraşdırılması üçün ISOFIX tipli dayaqlar
  • Dartıcı ilə təhlükəsizlik kəmərləri

Kuzovun proqramlaşdırılmış deformasiyasının qabaq və arxa zonaları güc karkasın daxilində yerləşən insanların maksimal mühafizəsini təmin etmək üçün zərbənin enerjisini effektiv hopdurur.

 

Cruze üçün aksessuralar

Cruze- u sizə ideal yoldaş etmək üçün biz bir sıra aksessuarlar işləyib hazırlamışıq. Sizə lazım olanı seçin: velosipedlər və dağ xizək ləvazimatı üçün dayaqlar, yük yeri boksları və bir çox digər şeylər. Uşaqlarınızın təhlükəsizliyi üçün biz təklif edirik:

  • «Duo Plus» uşaq kürsüsü,
  • «Baby Safe Plus» körpə üçün kürsü
  • «Baby Safe Plus» avtomobil üçün ISOFIX dayağı.

Cruze üçün təklif olunan aksessuarlar haqqında daha ətraflı məlumatı Chevrolet dilerinizdən Chevrolet dilerinizdən ala bilərsiniz.

Bu model Sizi maraqlandırmır? O zaman dərhal modelləri müqayisə edin!
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.