Yeni 5-qapılı Cruze – idman heçbeki. Onunla Siz həyatınızda şansınızı qaçırmayacaqsınız

O, tam yenidir., hələlik az tanınır. Geniş yayılmış sedanın çoxdan gözlənilən variantıdır. 4- qapılı «böyük qardaşı » kimi, Cruze heçbek də yaraşıqlıdır : O, fərdi üslubla praktikliyi özündə birləşdirir – bunu həm daxildən, həm də xaricdən görmək və hiss etmək olar. Bununla yanaşı ,o, sürətli və dinamikdir.

Qiymət/keyfiyyət nisbəti bizim ücün çox vacibdir. pulunuz müqabilində artıq baza versiyasında Siz çoxsaylı standart opsiyalara malik zəngin təchizatlı avtomobil əldə etmiş olacaqsınız.

 

Nəzərləri çəkən heçbek

Sürətli cizgiləri və kupedə olduğu kimi maili damı yeni Cruz-a cazibəli və dinamik görünüş bəxş edir.
Biz əminik ki,Cruze-nun fərdi üslubu zövgünüzcə olacaq. Onun ikiqat radiator barmaqlığı və qabarıq fənərləri ona qeyri-adi görkəm bəxş edir. Hər bir detal Sizə ətrafdakıların diqqəti və heyranlığını təmin edir. Cruze-un xarici görünüşünün şəkillərinə baxmaq.

 

Asan sürmə və idarəetmə

Eynilə Cruze sedan kimi, beşqapılı versiya da hərəkət keyfiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran aparici kuzova malikdir.

O, aşağıda göstərilənləri təmin edir:

  • sabitlik hissi,
  • yolda stabillik duyğusu,
  • həqiqətən təsirli sürətlənmə.
  • Chevrolet Cruze heçbek.
  • İdman asqısı  sayəsində dinamik idarəetmə.
  • Həcmi 400 litrdən artıq  olan yük yerində Sizin bütün əşyalarınız yerləşəcək.
## Zoom
 

WTCC üzrə qalib avtomobil – ikinci il dalbadal!

Chevrolet Cruze WTCC üzrə dünya çempionatında iştirak üçün təsadüfən seçilməmişdir. 2010 – cu ildə, və hal – hazırda 2011- ci ildə – ikinci yer tutan BMW komandasını çox geridə qoyaraq, fərdi zaçotda və Konstruktorlar kubokunda WTCC çempionu olmaqla Chevrolet komandası liderliyi inamla əlində saxlayır. Builki yarış mövsümü haqqında daha ətraflı məlumatı Siz bizim WTCC səhifəmizdən ala bilərsiniz.

 

İrəliyə hərəkət edərkən

Cruze cərqəsinin hər bir mühərrikinə güc, təsirli sürətlənmə və yanacaq qənaətliliyi xasdır. Cruze-un mühərrikləri ən müxtəlif tələbatlara uyğundur.Onlar həm şəhərdə, həm də avtomagistralla şəhərkənarı səfər üçün idealdır.

Mühərriklər:

  • 1.6 benzin (124 a.g.)
  • 1.8 benzin (141 a.g.)

Ötürücülər qutusu:

  • mexaniki, 5-pilləli (1.6, 1.8)
  • avtomatik, 6-pilləli (1.8)

Bütün mühərriklər Avro 5 ekoloji sinfinə aiddir.

Cruze-un mühərriklər və ötürücülər qutuları barədə daha ətraflı məlumata baxmaq.

 

Salonun yüksək keyfiyyətli tərtibatı və təchizatı

Cruze-a əyləşin və sadalananlar dərhal diqqətinizi cəkəcəkdır:

  • yüksək keyfiyyətli materiallar,
  • yarış avtomobillərindən götürülmüş “ikiqat kokpit “ üslubunda dizayn
  • ifratsız nəfislik

Bizim yüksək keyfiyyətli materiallardan istifadə etməyimiz təsadüfi deyil. Onlar idarəetmədən tam həzz almaq üçün lazımdır.

Parçanın «Fransız (ikiqat) tikişi», ona dartılmağa imkan vermir, bu səbəbdən də üzlük:

  • çox davamlıdır
  • Sizə uzun müddət qulluq edəcəkdır.

Panellərin birləşdirilməsi zamanı minimal icazə verilən kənaraçıxmanın səviyyəsi onların bir-birinə çox sıx bitişdıyıni və bu səbəbdən də:

  • Salonda səs və vibrasiya aşağı səviyyədədir,
  • Hərəkət xüsusiyyətləri yaxşılaşır.

Cruze – un interyerinin şəkillərinə baxmaq.

Daxili genişlik

Cruze heçbek çox genişdir. Onun içində 5 nəfər üçün kifayət qədər yer var, həcmi 400 litrdən artıq olan yük bölümündə çoxlu əşya yerləşdirmək olar. Bir sözlə Cruze heçbek ayaqlar üçün yer, çiyinlər səviyyəsində genişlik və tavanın hündürlüyünə görə öz sinfində liderlərdən biridir.

Salonun rahatlığı və yük bölmələri

Pulunuz müqabilində Siz coxsaylı standart opsiyalara malik olan zəngin təchizatlı avtomobil əldə edəcəksiniz, məsələn :

  • audio sistem( radio, Aux Connector ilə CD pleyer)
  • qabaq elektrik şüşəqaldıranlar
  • sürücü oturacağının 6 müstəvidə tənzimlənməsi
  • hündürlüyü tənzimlənən sükan çarxı

Coxsaylı bölmələr, taxçalar və ciblər Sizin xidmətinizdədir. Siz əşyalarınızı:

  • arxa qoltuqaltına
  • qabaq qapılardak şüşə və xəritə üçün bölmələrə
  • mərkəzi konsolda xırda pul və xırda əşyalar taxçaya (LT, LT+ və LTZ)
  • qabaq oturacaqlar arasında qapaqlı şəbəyə (LT, LT+ və LTZ)
  • eynək qabına (LT+ и LTZ) yerləşdirə bilərsiniz
 

Cruze-da siz ozünüzü təhlükəsiz hiss edə bilərsiniz

Cruze çoxsaylı təhlükəsizlik opsiyaları ılə təchiz olunub ki, bu yalnız daha yüksək kateqoriyalı avtomobillərə xas olan cəhətdır. Təhlükəsizlik vahid konstruksiya olan bərk poladdan hazırlanmış gücləndirilmış karkasdan başlayır .

Toqquşmanın qarşısını almaq üçün

  • ABS – bloklama əleyhinə əyləc sistem
  • TCS – yerində fırlanma əleyhinə sistem, istənilən şəraitdə avtomobili yol üzərində saxlayır
  • ESC – sabitləşdirici sistem, fövqəladə vəziyyətdə avtomobililn idarəetməsini tez bir zamanda bərpa etməyə imkan verir
  • EBD – elektron əyləcləmə güclərininin bölüşdürülməsi sistemi, qəliblərin arxa və qabaq əyləc disklərinə təzyiq gücünü tənzimləyir və tarazlaşdırır və avtomobilin sabitliyini saxlamağa yardım edir.

Toqquşma zamanı bizi qoruyan təhlükəsizlik opsiyaları

  • 6 təhlükəsizlik yastığı (sürücü, qabaq sərnişin , yan və pərdələr)
  • Gücləndirilmış təhlükəsizlik karkası
  • ISOFIX tipli uşaq oturacaqlarının dayağı
  • Dartıcı ilə təhlükəsizlik kəmərləri

Toqquşma enerjisini hopduran qabaq və arxa deformasiya zonaları , zərbənı qəbul edən və onu təhlükəsizlik karkasında əyləşən sərnişinlərdən kənarlaşdırmaq üçün yaradılıb.

 

Daha çox həzz

Chevrolet Cruze üslüb, güc və ağlabatan qiymətə əhəmiyyət verən şəxslər üçün yaradılmışdır. Bundan əlavə,biz geniş çeşiddə aksessuarlar təqdim edirik ki, bunların sayəsində,Siz özünüzün fərdi avtomobilini «yığa» bilərsiniz.

Əgər söhbət uşaqların təhlükəsizliyindən gedirsə, onlar üçün xüsusi uşaq oturacaqlarının sizdə olması xüsusilə vacibdir ,məsələn:

  • «Duo Plus» uşaq oturacağı
  • «Baby Safe Plus» körpə üçün kürsü
  • «Baby Safe Plus» ISOFIX dayağı

Sadalanan aksesuarlar avtomobilin standart təchizatına daxil deyil, lakin onları Chevrolet –in yerli dilerindən əldə etmək olar. Aksessuarlar siyahısını əldə etmək üçün avtosalonla əlaqə saxlayın.

Bu model Sizi maraqlandırmır? O zaman dərhal modelləri müqayisə edin!
Bütün əlaqələr xaricidir və yeni pəncərədə açılacaq.